19 C
Baku
8 Sentyabr 2024, 3:45
Baş xəbərSosial

Kənan Qubadzadə: “Narkomaniya hüquqi cəhətdən cinayət, tibbi cəhətdən isə sağlamlığa zərərdir”

“Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.

Narkotikdən asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib”.

Bugun.tv xəbər verir ki, bu fikri Narkotizimlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə bildirib.

Onun fikrincə, hər bir ölkənin gələcək inkişafında əsas hərəkətverici qüvvəsi olan gənclərin sağlam şəkildə böyüməsi, təhsil alması bütün dövrlər üçün öz aktuallığını qoruyur.

“Gələcəyimiz bir çox cəhətdən indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

Bəs, görəsən gənclərimizi “Narkomaniya” haqqında nə dərəcədə maarifləndirə bilirik?

“Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır.

Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir”,- K.Qubadzadə vurğulayıb.

O qeyd edib ki, “ağ ölüm” bütün dünyanı ağuşuna alıb və ümumbəşəri bir problemdir. Narkomaniya sağalmaz yaradır, hansı ki, insanların iradəsizliyinin nəticəsində yaranır. Günümüzdə cəmiyyətdə xüsusəndə gənclər arasındabu bəla ilə çox rastlaşırıq. Baxmayaraq ki, bu halların qarşısını almaq üçün ölkəmizdə çox ciddi addımlar atılıb və atılmaqdadır.

“Ətrafda olan insanların təsir gücü çox önəmlidir. Günümüzdə narkomaniya ilə bağlı maarifləndirici tədbirlər çox geniş şəkildə aparılır.

Narkomaniya hüquqi cəhətdən cinayət, tibbi cəhətdən isə sağlamlığa zərər yetirməkdir.

Narkomaniyaya qurşanmış insanlar öz sağlamlığını itirmiş insanlardır.

Artıq bu sahə ilə bağlı vizual mübarizə metodlarından çox geniş istifadə olunur.

Nəzərə alsaq ki, gənclər günün bir qismini vizual aləmdə kecirir və bu səbəbdən də vizual mübarizə daha çox nəticə verə bilər.

Respublikamızda narkomaniyaya qarşı mübarizə ilə bağlı dövlət komissiyası fəaliyyət göstərir. Azərbaycanın bir çox yerində bu dövlət komitəsinin üzvləri gənclərlə görüşlər kecirirlər. Bu istiqamətdə nə qədər maarifləndirmə işləri görülərsə bir o qədər də xeyri olar”, – K. Qubadzadə söyləyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

KXDR-in hərbi təxribatından sonra Cənubi Koreyanın Yonpyonq adasının sakinləri təxliyə edilir

İntizar Əmirova

Silahlı hücum nəticəsində 4 nəfər öldü, 4-ü yaralandı

Bugün TV

Yapon pulu YEN bir gecədə 34 ilin ən aşağı səviyyəsinə düşdü!

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu