Baş xəbərDünya

Kəpənəklərin sayı 2000-2020-ci illər arasında 22 faiz azaldı

ABŞ alimləri 2000-2020-ci illər arasında ölkə üzrə kəpənək populyasiyasının 22 faiz azaldığını aşkar ediblər. Science Daily-nin məlumatına görə, araşdırma çərçivəsində kəpənəklərlə bağlı 76 min araşdırmadan əldə edilən 12,6 milyon məlumat təhlil edilib.

Alimlər 342 kəpənək növünün populyasiya dəyişikliklərini araşdırmaq üçün statistik modellərdən istifadə edərək, illər ərzində kəpənəklərin azalma sürətlərini və ən çox təsirlənən növləri müəyyən ediblər.

Araşdırma nəticəsində məlum olub ki, ABŞ-da kəpənək populyasiyası 2000-ci ildən 2020-ci ilə qədər 22 faiz azalıb.

Araşdırmada qeyd olunub ki, ABŞ-da 107 müxtəlif növ kəpənəklərin populyasiyası 50 faizdən çox azalıb, bəzi növlərin isə 98 faiz yox olub.

Alimlər bildiriblər ki, kəpənək populyasiyasının bu azalmasına səbəb yaşayış yerlərinin itirilməsi, pestisidlər və iqlim dəyişikliyi ilə bağlıdır.

Kəpənəklərin ekosistemdə həyati rol oynadığını vurğulayan elm adamları, kəpənəklərin sürətlə çoxalma qabiliyyətinə malik olduqları üçün müvafiq qorunma tədbirləri ilə onların populyasiyalarının canlandırılmasının mümkün olduğunu qeyd ediblər.

Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Ukrayna üzərində işğalı davam edir

Aynur Camal

Qanada Dengue qızdırması həyəcanı: 9 hadisə aşkar edildi

Şükufə Ramizqızı

Dinc sakinlər hədəfə alındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu