14 C
Baku
21 Noyabr 2024, 23:45
Baş xəbərHadisə

Kərkükdə hadisələr baş verdi! Komendant saatı elan edildi

Bugun.tv xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əs-Sudani Kərkükdə komendant saatı elan edilməsi və təhlükəsizlik qüvvələrinə insidenti törədənlərə qarşı əməliyyatın başlaması barədə göstəriş verib. Şəhərdə etirazlardan sonra baş verən hadisələrdə 1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.

Belə ki, İraqın Kərkük şəhərində bir qrup KDP tərəfdarı ordunun nəzarətində olan binanın KDP-yə verilməsinə qarşı çıxanların bağladığı Ərbil-Kərkük avtomobil yolunun açılması tələbi ilə nümayiş keçirib.

Bu gün günortadan sonra Rahimava bölgəsində toplaşan nümayişçilər təkərləri yandırıb və bəzi yolları bağlayıblar.

KDP-yə bağlı bu qruplar daha sonra Kərkük şəhər mərkəzində təhlükəsizlik qüvvələrinə hücum edib.

Ordunun istifadə etdiyi binanın KDP-yə verilməsi lazım olduğunu iddia edən nümayişçilər qərargah qarşısında ərəb və türkmənlərin həyata keçirdikləri əməliyyat bölgəsinə yaxınlaşdıqda təhlükəsizlik qüvvələri havaya atəş açıb.

Qarşıdurmalara görə şəhərdə komendant saatı elan edilib. Baş nazirdən Kərkükdə insident törədənlərə qarşı əməliyyat əmri

Hadisələrdən sonra İraqın baş naziri Məhəmməd Şia əs-Sudani təhlükəsizlik qüvvələrinə Kərkükdə insident törədənlərə qarşı əməliyyata başlamaq əmri verib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Kəmalə Sultan

4,2 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Pekində türk çayı təqdim edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu