30 C
Baku
1 İyul 2025, 21:52
Baş xəbərKriminal

Kafedən oğurluq edən yaxalandı

Bugun.tv xəbər verir ki, Qubada işlədiyi kafedən oğurluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində  oğurluq olması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus obyektən  2580 manat pul və 4 ədəd bank kartının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin kafenin işçisi Şirvan  şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bu şəhərdə meşə yanğını baş verdi

Bugün TV

6 mərtəbəli binada yanğın oldu

Bugün TV

Səfir İsrail prezidentinə etimadnaməsini təqdim edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu