28 C
Baku
20 İyul 2025, 23:26
Baş xəbərDünya

Kainatdakı hər şey buxarlanacaq! ALİMLƏR ARAŞDIRDILAR

Bugun.tv xəbər verir ki, Hollandiyadakı Radboud Universitetinin müəllimləri tərəfindən aparılan araşdırmada kainatın tədricən buxarlanacağı və sonunda yox olacağı proqnozlaşdırılır.

Məşhur fizik Stiven Hokinqin qara dəliklərin zamanla buxarlanaraq kütlə itirəcəyini, bunun nəticəsində ətraf mühitə fərqli şüalanmanın yayılacağını proqnozlaşdıran nəzəriyyəsi tədqiqatçılar tərəfindən yenidən qiymətləndirilib.

Astrofiziklər Michael Wondrak, Walter van Suijlekom və Heino Falcke tərəfindən aparılan araşdırmalar, prosesin qara dəliklərə xas olmadığını, lakin kosmos-zaman əyrisinin əyilməsinin bu hadisəyə səbəb ola biləcəyini müəyyən etdi.

Araşdırmanın Hokinq radiasiyasının və ya çox oxşar emissiyanın qara dəliklərlə məhdudlaşmayacağını, hər yerdə yaşana biləcəyini və kainatın yavaş-yavaş buxarlandığını göstərdiyi qeyd edilib.

Mövzu ilə bağlı astrofizik Heino Falcke fikir bildirib. “Bu o deməkdir ki, kainatdakı digər böyük cisimlər, məsələn, ölü ulduzların qalıqları, hadisə üfüqü olmadan bu tip radiasiya yaya bilər. Bu fenomen çox uzun müddətdən sonra Kainatdakı hər şeyin qara dəliklər kimi buxarlanmasına səbəb olacaq. Bu, təkcə Hokinq radiasiyası haqqında anlayışımızı deyil, həm də Kainat və onun gələcəyinə baxışımızı dəyişir”, – elm adamı əlavə edib.

Mənbə: Ensonhaber

Teymur Əziz

Oxşar xəbərlər

TDT-yə üzv ölkələr “Türktransplant” sistemi yaradacaqlar

Aynur Camal

Ukrayna təsdiqlədi: Şimali Koreya əsgərləri döyüş meydanında

Aynur Camal

Vinq Çun Federasiyasının idmançıları Vətənə uğurlu nəticələrlə döndülər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu