Bugun.tv xəbər verir ki, Nature jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, Süd Yolu qalaktikamızın mərkəzində yerləşən və əvvəllər hərəkətsiz olduğu düşünülən superkütləli qara dəlik 1800-cü illərin sonlarında yenidən canlanıb.
Araşdırma Günəşdən təxminən dörd milyon dəfə böyük olan və Yerdən təxminən 27 min işıq ili uzaqlıqda yerləşən qara dəliyin təxminən 200 il əvvəl “yuxudan oyandı”ğını bildirib.
Tədqiqatçıların fikrincə, səma cismi təxminən bir il ərzində müxtəlif kosmik obyektləri udduqdan sonra yenidən istirahət vəziyyətinə qayıdıb.
Qara dəliyin tədqiqatçısı Frederik Marin bu barədə açıaqlama verib. “Təsəvvür edin ki, ayı ətrafdakı hər şeyi yedikdən sonra qış yuxusuna gedir. 19-cu əsrin sonlarında fəaliyyətin bu mərhələsində qara dəlik indikindən ən azı milyon dəfə daha parlaq idi”, – o əlavə edib.
Keçən il astronomlar qara dəliyin, daha dəqiq desək, onu əhatə edən parlayan qaz halqasının mövcudluğunu təsdiqləyən ilk şəkilləri internetə yerləşdirdilər.
Qeyd edək ki, o cazibə qüvvəsinin, hətta işığın belə qaça bilməyəcəyi qədər güclü olduğu məkan-zaman sahəsidir.