6 C
Baku
19 Fevral 2026, 6:18
Baş xəbərDünya

Kaliforniyada atışmada şübhəli bilinən şəxs müəyyənləşdirilib

Xarici Xəbərlər. 

Los-Anceles dairəsinin şerifi Robert Luna Monterey Park şəhərində 10 nəfərin qətlə yetirilməsində şübhəli bilinən şəxsin kimliyini açıqlayıb.

Qeyd olunub ki, atəş açan 72 yaşlı Hu Kanq Tran olub. Onun meyiti hadisə yerindən 50 km aralıda furqonda tapılıb, yanında isə tapança olub.

Polisin sözlərinə görə, Monterey Park şəhərində baş verən hadisə ilə bağlı başqa şübhəli yoxdur və hadisənin motivləri müəyyənləşdirilir.

Xatırladaq ki, yanvarın 21-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində naməlum şəxsin “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açmışdı.

Mənbə:TASS.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-İran xəttində gərginlik artır: Ağ Ev “hücum üçün səbəblər var” mesajı verdi

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Reuters: Keçmiş Qarabağ rəsmisi Ruben Vardanyan 20 il həbsə məhkum edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu