19 C
Baku
28 İyun 2025, 8:07
Baş xəbərDünya

Kaliforniyada meşə yanğınları: 100 min dekar ərazi yanaraq kül oldu

ABŞ-ın Kaliforniya ştatında sürətlə böyüyən üç meşə yanğını bir həftədən az müddətdə 100 min hektardan çox ərazini yandırıb külə çevirib. Onlarla ev yanarkən, alovla mübarizə davam edir.

ABŞ-ın Kaliforniya ştatında son bir həftədə baş verən üç böyük meşə yanğınına qarşı tədbirlər davam edir.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (CAL FIRE) məlumatına görə, sentyabrın 8-də Los-Anceles şəhər mərkəzinin şərqindəki Anceles Milli Meşəsində başlayan “Körpü” yanğını qısa müddətdə Los-Anceles və San Bernardino dairəsinə yayılıb.

  Nəzarətdən çıxan yanğın Mountain High Ski Resort-u da əhatə edib. Mount Baldy və Wrightwood kəndlərində ən az 33 ev alovlara təslim olarkən, 2500 tikilinin təhlükə altında olduğu ifadə edildi. Yanğın indiyədək 49 min 8 dekar ərazini külə çevirib.

Sentyabrın 5-də ştatda baş verən “Xətt” yanğını 34 min 729 dekar ərazini əhatə edib. İndiyədək yanğının yalnız 14 faizi nəzarət altına alınıb. Getdikcə yayılan alovların evlər və iş yerləri də daxil olmaqla 65 min 600-dən çox tikili üçün təhlükə yaratdığı bildirilib. San Bernardino polisi yanğını törətməkdə şübhəli bilinən 34 yaşlı kişini saxlayıb.

Sentyabrın 9-da Orinc dairəsində baş verən və Riversayd dairəsinə yayılan “Aeroport” yanğınına qarşı tədbirlər davam edir. İndiyədək 22 min 376 dekar ərazini külə çevirən alovların 10 min 500 tikiliyə təhlükə yaratdığı, 5 yanğınsöndürən və 2 mülki vətəndaşın yaralandığı bildirilib.

İşlərə 51 yanğınsöndürmə helikopteri, 9 təyyarə, o cümlədən 2 Milli Qvardiya C-130 təyyarəsi, 520 yanğınsöndürən maşın, 75 buldozer və 141 su tankeri dəstək verir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Quranın yandırılması qanunla dayandırıla bilər

Bugün TV

Azərbaycan-İran münasibətləri: yeni siyasi və mədəni birgəliyin başlanğıcı

Aynur Camal

ABŞ-ın keçən il silah satışı 238 milyard dollara çatdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu