32 C
Baku
19 İyul 2025, 16:53
Dünya

Kaliforniyada quş qripi həyəcanı: fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya qubernatoru Gavin Newsom çərşənbə günü verdiyi yazılı açıqlamada, ştatda müşahidə edilən quş qripi (H5N1) hadisələri fonunda fövqəladə vəziyyət elan etdiyini açıqladı.

Qubernatorluq bu addımın “Cənubi Kaliforniyadakı fermalarda inəklərdə hallar aşkar edildikdən sonra” atıldığını bildirdi. Newsom-a görə, bu fövqəladə vəziyyət elanı ştat və yerli məmurlara kadr, müqavilə və digər qanunlarla bağlı əlavə çeviklik verəcək.

Hələlik H5N1 virusunun insandan insana keçməsi halı müşahidə edilməsə də, aşkar edilən bütün hallarda virusun heyvanlardan insana keçdiyi bildirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, indiyədək 16 ştatda insanlarda 61 yoluxma halı müşahidə olunub. Onlardan 34-ü Kaliforniya ştatındadır. Səhiyyə rəsmiləri və ekspertlərin fikrincə, xalq üçün virusa yoluxma riski azdır.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Medvedev: Mən həqiqətən pis olan yalnız bir şeyi bilirəm: III Dünya Müharibəsi

Aynur Camal

Putin: Balistik raketlərimizi ələ keçirə biləcək hava hücumundan müdafiə sistemi yoxdur!

Aynur Camal

Yenidən iki zəlzələ baş verib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu