“Demokratiya tezliklə Türkiyəyə gələcək”.
Bugun.tv xəbər verir ki, bu fikri müxalifət namizədi Kamal Kılıçdaroğlu ölkədə keçirilən prezident və parlament seçkilərində səs verdikdən sonra bildirib.
“Biz hamımız demokratiya və bir yerdə olmaq üçün darıxmışıq. Görəcəksiniz ki, bu ölkəyə bahar tezliklə gələcək”, – deyə o, Ankarada jurnalistlərə söyləyib.
Qeyd edək ki, prezidentliyə namizədlər hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA Alyansı partiyasından namizədliyi irəli sürülmüş Sinan Oğandır.
Mənbə: TASS