Bayden prezidentlik yarışından geri çəkildikdən və onu dəstəklədikdən sonra ictimai tədbirdəki ilk çıxışında ABŞ-ın vitse-prezidenti Kamala Harris Baydenin nailiyyətlərini yüksək qiymətləndirib və deyib: “Bir müddət ərzində o, artıq iki müddətə xidmət etmiş əksər prezidentlərin mirasını üstələyib”.
Kamala Harris Ağ Evdə ilk dəfə kamera qarşısında danışıb
ABŞ seçkilərində prezident Co Bayden namizədliyini geri götürdüyünü açıqlayıb.
Baydenin bəyanatından sonra bütün gözlər yeni namizədin kim olacağına yönəldi. Co Baydenin müavini Kamala Harris yeni namizəd üçün ən güclü və ən uyğun ad kimi göstərilib.
Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Baydenin namizədliyini geri götürdükdən sonra dəstəyini açıqladığı vitse-prezident Kamala Harris Ağ Evdə Milli Atletizm Assosiasiyasının (NCAA) çempion komandaları ilə görüşüb.
Baydenin dəstəyindən sonra ictimai tədbirdəki ilk çıxışında Harris Baydenin nailiyyətlərinin və hərəkətlərinin “müasir tarixdə görünməmiş” olduğunu bildirib və “Bir müddət ərzində o, artıq iki müddətə xidmət etmiş əksər prezidentlərin mirasını üstələyib” deyib.
Baydenin sözügedən tədbirə qatılmaq istədiyini, lakin Covid-19 səbəbiylə iştirak edə bilmədiyini ifadə edən Harris, Baydenin sürətlə sağaldığını ifadə etdi.
Namizədliyi ilə bağlı açıqlama verməyən Harris tədbirdən sonra kampaniya komandası ilə görüşmək üçün Delaverə gedəcək.
Mənbə: EnSonHaber