28 C
Baku
10 Sentyabr 2025, 15:58
Baş xəbərDünya

Kamala Harrisdən diqqətəlayiq açıqlama

Noyabrda keçiriləcək prezident seçkilərində ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının namizədi Kamala Harris Amerika və İsrail xalqları arasında ittifaqın İsrailin baş naziri Binyamin Netanyahunun yaxın dostluğundan daha vacib olduğunu bildirib.

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrisin sabah yayımlanacaq “CBS 60 Minutes” proqramına verdiyi müsahibənin bir hissəsi yayımlanıb.

İsrailin baş naziri Netanyahunun ABŞ-ın atəşkəs çağırışı və Livana hücumları ilə bağlı ABŞ rəhbərliyinə qulaq asmaması ilə bağlı Harris, İsrailin Həmas və Hizbullah kimi təhdidlərdən qorunmaq üçün dəstəkləndiyini bildirib.

Harris bəyan edib ki, İsrail liderləri ilə diplomatik münasibətlər müəyyən prinsiplərə əsaslanır.

ABŞ-ın humanitar yardımları artırmaq, məhbusları azad etmək və atəşkəs yaratmaq istədiyini ifadə edən Harris, “Bu çərçivədə İsrailə və bölgə ölkələrinə təzyiq etməyə davam edəcəyik” deyib.

Harris İsrailin ABŞ-ın təzyiqi nəticəsində bəzi addımlar atdığını müdafiə edib.

“Netanyahu yaxın dostdurmu?” Suala Harris, “Daha vacib olan Amerika və İsrail xalqları arasında ittifaqın olub-olmamasıdır. Bunun cavabı bəli” deyə o cavab verib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Novruz milli birliyə və həmrəyliyə çağırış edir

Aynur Camal

BMT-nin Baş katibi Quterreşin Qəzza mesajı

Aynur Camal

Fevralın 04-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu