10.2 C
Baku
14 Mart 2025, 10:19
Siyasət

Kanada baş nazirinin çıxışı İsrailin etirazı ilə kəsildi

Bugun.tv xəbər verir ki, “The Canadian Press”in məlumatına görə, Trüdonun parlament iclası zamanı dediyi sözlər “Azad Fələstinə” və “İsraili silahlandırmaqdan əl çəkin” şüarları səsləndirən etirazçılar tərəfindən kəsilib.

Fələstini dəstəkləyən bir qrup nümayişçi əllərində İsrailə silah embarqosu tətbiq edilməsinə çağıran pankartlarla İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.

Etirazçılar mühafizəçilərin müşayiəti ilə binadan çıxarılarkən sessiya bir neçə dəqiqəyə kəsilib.

Kanada Xəzinədarlığı Şurasının prezidenti Anita Anand jurnalistlərə deyib: “Biz qrupların öz səslərini eşitməsinə icazə verməliyik. Bu, indi baş verənlərdir”. deyib.

Mənbə trthaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail Qəzzanın şimalındakılardan saat 20:00-a qədər ərazisini tərk etmələrini istəyib.

Bugün TV

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Aynur Camal

İsrailin müdafiə naziri: “HƏMAS müharibəyə başlamaqla ciddi səhvə yol verdi”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu