12 C
Baku
14 Mart 2026, 18:49
Baş xəbər

Kanada həkimləri ölkəsinə işləməyə dəvət edir

Bugun.tv xəbər verir ki, səhiyyə sektorunda ciddi problemlər yaşayan Kanada yeni immiqrasiya proqramı ilə səhiyyə işçilərini qəbul edəcək.

Ölkənin vətəndaşlıq və immiqrasiya naziri Şon Freyzer və səhiyyə naziri Jean-Yves Duclos tərəfindən edilən ortaq yazılı açıqlamada, dünyanın hər yerindən Kanadada məskunlaşmaq və işləmək hüququna malik səhiyyə işçilərinə dəvət göndəriləcəyi bildirilib. Bəyanatda ölkənin səhiyyə sektorunun görünməmiş çatışmazlıqlarla üzləşdiyi vurğulanıb.

“Kanadada icmaların tibb işçilərinə ehtiyacı var. Bu çağırışa cavab vermək üçün iqtisadi immiqrasiya proqramına dəyişikliklər edilib. İndi Kanada Hökuməti müəyyən insanlardan bacarıqlar təklif edir. Daimi yaşamaqla bağlı müraciət etmək üçün dil bilikləri olan namizədlərə üstünlük veriləcək. Birinci mərhələdə 500 tibb işçisi dəvət olunacaq”.

İmmiqrasiya çərçivəsində dəvətlə həkim, tibb bacısı, diş həkimi, əczaçı, fizioterapevt və optometristlərin işə götürüləcəyi bildirilib.Vətəndaşlıq və İmmiqrasiya Nazirliyinin rəsmi saytında verilən açıqlamada, müraciətin ikinci mərhələsinin iyulun 5-də başlayacağı və 1500 tibb işçisinin müraciət üçün dəvət ediləcəyi qeyd olunub.

Ərizənin təfərrüatları Kanada Vətəndaşlıq və İmmiqrasiya Nazirliyinin rəsmi saytındadır.

Qeyd edək ki, koronavirus (COVID-19) epidemiyası ilə səhiyyə sektorunda böhrana girən Kanadada kadr çatışmazlığı əhalinin səhiyyə xidmətlərində ciddi axsamalara səbəb olub.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu