Kanada hökuməti Yaxın Şərqdə artan gərginlik fonunda İran ərazisində olan vətəndaşlarına təcili xəbərdarlıq edib.
Rəsmi açıqlamada bölgədə davam edən gərginliyin gözlənilməz toqquşmalara səbəb ola biləcəyi bildirilib və vətəndaşlara “İranı dərhal tərk edin” çağırışı edilib. Hökumət həmçinin səfər sənədlərinin aktual olmasını yoxlamağı və zəruri hallarda olduqları ərazidə qalmaq üçün kifayət qədər ehtiyat vasitələrinin saxlanılmasını tövsiyə edib.
Açıqlamada vurğulanıb ki, regionda vəziyyət xəbərdarlıq edilmədən dəyişə və təhlükəsizlik riski arta bilər.
Qeyd edək ki, daha əvvəl Avstraliya İsrail və Livandakı diplomatlarının ailə üzvlərinə ölkələri tərk etməyi tapşırıb. Eyni zamanda Polşa, İsveç və Hindistan da bölgədə mümkün qarşıdurma riskinə görə vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Yaxın Şərqdə artan qeyri-müəyyənlik fonunda bir sıra ölkələr təhlükəsizlik tədbirlərini gücləndirir.
Mənbə: Ensonhaber
