17 C
Baku
18 Oktyabr 2024, 9:00
Baş xəbərDünya

Kanada mümkün nüvə hücumuna qarşı “Federal Nüvə Fövqəladə Hallar Planı”nı yeniləyir

Bugun.tv xəbər verir ki, Kanada Avropada taktiki nüvə fəaliyyətindən və ya Ukraynada elektrik stansiyasının partlaması nəticəsində okeana radiasiyadan mümkün zərərlə mübarizə aparmaq üçün “Federal Nüvə Fövqəladə Planı”nı yeniləyib.

Kanadanın rəsmi xəbər agentliyi olan Canadian Press tərəfindən əldə edilən Kanada Daxili İctimai Təhlükəsizliyi qeydlərində Ottavanın ballistik raket hücumu da daxil olmaqla, mümkün hücumlara qarşı Federal Nüvə Təhlükəsizliyi Planını yeniləmək üçün çalışdığı bildirilib.

Sözügedən qeydlər federal hökumətin ciddi böhran şəraitində fəaliyyətinin davamını təmin etmək üçün yüksək məxfi planın yenilənməsini özündə əks etdirir.

Rusiya-Ukrayna müharibəsi ilə gündəmə gələn Kanadanın dağıdıcı nüvə hadisəsinə hazırlığının gücləndirilməsi müzakirələrindən sonra hazırlanan Daxili İctimai Təhlükəsizlik qeydlərində narahatlıqların əksəriyyətinin Ukraynanın bombalanmış Zaporojya Atom Elektrik Stansiyasına yönəldiyi ifadə edilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Leyla Abdullayeva səfir təyin edildi

Aynur Camal

Narkokuryerlik edən şəxs tutuldu

Aynur Camal

ABŞ-da böyüyən Qəzza etirazları Avropaya yayıldı!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu