Bugun.tv xəbər verir ki, Kanada XİN-nin saytından məllumat verilib. Ölkədə daha altı rusiyalıya, o cümlədən Aleksey Navalnının öldüyü Xarp qəsəbəsindəki həbsxananın rəisi Vadim Kalininə sanksiya tətbiq edib.
Digər şəxs isə Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə idarəsinin rəhbəri İqor Rakitindir. Sanksiyaya həmçinin Aleksandr Varapayev, Marina Bobek, Yekaterina Frolova və Kirill Nikiforov də şamil edilib. Onların vəzifələri təmin edilməyib.
Ehtimal etmək olar ki, Varapayev Rusiya İstintaq Komitəsinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə idarəsinin müstəntiqidir. Bobek Moskva Prokurorluğunun keçmiş prokurorudur. Frolova Moskva Prokurorluğunun əməkdaşıdır. Nikiforov isə Vladimir vilayətinin Kovrov Şəhər Məhkəməsinin hakimidir.
Kanadanın XİN Melanie Joly bir müddət əvvəl Ottavanın Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiya prokurorluğunun, məhkəmə və islah xidmətlərinin yüksək rütbəli məmurları və yüksək vəzifəli əməkdaşları da daxil olmaqla altı rusiyalı məmuru hədəf alacaq.
Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə idarəsi bildirib ki, Navalnı gəzintidən sonra özünü pis hiss edərək huşunu itirərək həbsxanada dünyasını dəyişib.
Mənbə tass