7 C
Baku
28 Yanvar 2026, 18:35
Baş xəbərDünya

Kanada Qəzzada ailə qohumları olan vətəndaşları üçün müvəqqəti viza müraciətinə başladı

Kanada hökuməti Qəzzada ailə qohumları olan vətəndaşlarını ölkəyə gətirmək üçün müvəqqəti viza müraciətinə başlayacaq.

Bugun.tv xəbər verir ki, bu barədə Kanadanın immiqrasiya naziri Mark Miller jurnalistlərə bildirib.

Qəzzadakı vəziyyəti xarakterizə edən Miller müvəqqəti viza proqramını 9 yanvar 2024-cü ildə həyata keçirməyi planlaşdırdıqlarını söyləyib.

Miller kanadalıların Qəzzadakı ailə qohumlarına lazımi kriteriyalara cavab verdikləri təqdirdə 3 il müddətinə viza veriləcəyini açıqlayıb.

Müraciətin Qəzzadakı kanadalıların valideynləri, həyat yoldaşları və uşaqları üçün keçərli olacağını bildirən Miller, bu şəxslərin Kanadaya gəlməzdən əvvəl Qahirədə əlavə təhlükəsizlik yoxlamalarından keçəcəklərini qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

UNICEF: İki il sonra ilk dəfə məktəb ləvazimatları Qəzzaya daxil oldu

Aynur Camal

Hindistan-AB Ticarət Razılaşması “müqavilələr anası” adlandırıldı — güclü iqtisadi təsirlər gözlənilir

Aynur Camal

ABŞ-ın hərbi gəmi qrupu Orta Şərqə daxil oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu