29 C
Baku
28 İyun 2025, 19:11
Siyasət

Kanada Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdi

Bugun.tv TASS-a istinadən xəbər verir ki, Kanada  Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini təqdim edib. Bunun fonunda Ukraynaya daha bir hərbi yardım da göstərdilər. Baş nazir Castin Trudoda Ottavanın elektronika istehsalında istifadə edilən bəzi kimyəvi maddələrin Rusiyaya ixracına qadağa qoyduğunu açıqlayıb.

Kanada hökuməti Ukrayna qoşunlarına daha dörd Leopard 2 tankı göndərmək qərarına gəlib. Bu avadanlıq artıq Polşadadır. Burada kanadalı təlimatçılar ukraynalı ekipajlara bu avtomobilləri idarə etməyi öyrədirlər. Kanada həmçinin, Ukraynaya 5 min sursat göndərəcək, deyə Trudo bildirib. Daha əvvəl bildirilmişdi ki, Kanada ordusunda 112 Leopard tankı var. Onlardan 82-si döyüş maşını, qalanları isə təlim və köməkçidir.

Kanada hökumət üzvləri, hərbçilər, hərbi-sənaye sektorunun nümayəndələri də daxil olmaqla 129 rusiyalıya, həmçinin 63 hüquqi şəxsə qarçı sanskiya tətbiq edib. Bura Rusiya Federasiyası baş nazirinin müavini, nazirlər, prezident administrasiyasının əməkdaşları da daxildir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Qayser Navab Pakistan Baş Nazirinin Azərbaycana səfərini alqışlayır

Kəmalə Sultan

Heydər Əliyev – Müstəqil Azərbaycan

Aynur Camal

Əlcəzair prezidenti Rusiyaya səfər edəcəyini bildirdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu