28 C
Baku
21 İyul 2025, 2:07
Baş xəbərDünya

Kanadada itkin düşən alpinist 5 həftədən sonra sağ tapılıb

Səyahətçi Sem Benastik 5 həftə sonra sağ tapılsa da, səhhəti ilə bağlı heç bir açıqlama verilməyib. Kanadada möcüzəvi xilasetmə hadisəsi baş verib.

20 yaşlı Sem Benastik oktyabrın 19-da Britaniya Kolumbiyanın Şimal Qayalıqlarında yerləşən Redfern-Keyli Parkında 10 günlük balıq ovu və gəzinti səfərindən qayıtmayanda itkin düşüb.

Bununla belə, bölgədə havanın temperaturu bəzən -20°C-yə qədər düşdüyü üçün hakimiyyət orqanları axtarış-xilasetmə işlərini oktyabrın sonunda dayandırıb.

Çərşənbə axşamı Redfern gölünün cığırında işləyən iki nəfər Benasticki görüb. O, xilasetmə qruplarının getdiyi əraziyə doğru gedərkən tanınıb və xilas edilib.

Kanada Kral Atlı Polisindən (RCMP) Madonna Saunderson verdiyi açıqlamada: “Onun itkin düşdüyü vaxtdan fərqli bir nəticə gözlənilirdi. “Biz minnətdarıq, ailəsi çox xoşbəxtdir” deyib.

Qeyd olunub ki, Benastik xəstəxanaya yerləşdirilib və onun səhhəti ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Elbrus dağına qalxan 2 türk alpinist həlak oldu

Aynur Camal

12 reys ləğv edildi

Teymur Əziz

Yol qəzası: 2 polis yaralandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu