Bugun.tv xəbər verir ki, İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri olan Tenerifedə yanğınlar səbəbindən 26 min insan təxliyə edilib. Tenerife meteorologiya səlahiyyətliləri, temperaturun artmağa davam edəcəyi ilə bağlı məlumat paylaşıb. Tenerife adasındakı yanğınların söndürülməsi və risk altında olanların təxliyəsi üçün işlər davam edir.

Rəsmilər qeyd edib ki, avqustun 15-dən bəri Kanar adasının ən böyük təbii parkı da daxil olmaqla 5 min hektar ərazi yanıb. Tenerife meteorologiya səlahiyyətliləri, temperaturun artmağa davam edəcəyi ilə bağlı məlumat paylaşıb. Bölgədən təxliyə ediləcək insanların sayının arta biləcəyi düşünülür.
Müxbir: Şəms Elnurqızı
