DünyaMədəniyyət

Kann Film Festivalı ilə bağlı qadağa qoyuldu

Fransada 76-cı Kann Film Festivalının keçiriləcəyi bölgəyə qadağa qoyulub.

Bugun.tv xəbər verir ki, bu barədə Alp-Dəniz valiliyi məlumat yayıb.

Qeyd edək ki, mayın 16-dan 27-dək Kann şəhərində dünya şöhrətli festival keçiriləcək. Konsert zamanı 120 min insanın qəbul ediləcəyi bildirilib.

Qərarda deyilib ki, festival ərazisində nümayiş təşkil etmək qadağan olunub.

Ölkədə tətbiq edilən pensiya islahatına qarşı olan Ümumi Məşğulluq İttifaqı hökuməti Kann Film Festivalı zamanı elektrik enerjisini kəsməklə hədələyib.

Qeyd edək ki, mart ayından başlayaraq təqaüd yaşını 62-dən 64-ə qaldıran islahat əleyhinə ölkə daxilində çoxsaylı nümayişlər keçirilir.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Konqoda yenidən üsyançılarla döyüşlər başlandı

Aynur Camal

Tayvanda rəsmilərin görüşü olacaq

Bugün TV

Divanü Luqatit-Türkün 950 illik yubileyi YUNESKO-nun yubileylər siyahısına daxil edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu