22 C
Baku
3 İyun 2025, 10:37
Dünya

Kapuçin meymunları başqa növlərdən olan uşaqları qaçırdığını aşkar ediblər

Tədqiqatçılar müəyyən ediblər ki, Panamadakı Jicaron adasındakı kapuçin meymunları adada yaşayan başqa bir növ olan ulayan meymunların balalarını səbəbsiz olaraq “oğurlayır”.

Almaniyadakı Maks Plank Heyvan Davranışı İnstitutunun araşdırmasına görə, qurumun alimləri adada kapuçinlərin alət istifadəsini öyrənmək üçün 2022-2023-cü illər arasında Panamadakı Jicaron adasında 80-dən çox kamera quraşdırıblar.

Videoları araşdıran tədqiqatçılar, kapuçin meymunlarının daş və çubuq kimi əşyalardan istifadə etdiklərinə, eyni zamanda bu növdə daha əvvəl görülməmiş bir davranışa şahid oldular.

Alimlər görüntülərdə kapuçinlərin adada yaşayan ulayan meymunların balalarını ağac zirvələrində tək qaldıqları zaman tutaraq özləri ilə apardıqlarını görüblər, lakin növün bu davranışının səbəbini hələ də anlaya bilməyiblər.

Digər tərəfdən, elm adamları hesab edirlər ki, kapuçinlər valideyn instinktləri nəticəsində başqa bir növün körpələrini “oğurlayırlar”.

Araşdırmanın məqaləsi Current Biology jurnalında paylaşılıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Arktikanın “Son Buz Bölgəsi” gözlənildiyindən daha tez yox ola bilər

Aynur Camal

Əlləri necə düzgün yumaq lazımdır və sabundan istifadə etmək lazımdırmı?

Aynur Camal

Hərbi helikopterin 5 ekipaj üzvü ölü tapıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu