36 C
Baku
20 İyul 2025, 15:15
Baş xəbərDünya

Katolik və protestantlar Pasxa bayramını qeyd edirlər

Bu gün katolik və protestantların Pasxa bayramı qeyd olunur.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, xristian aləminin ən ali bayramı – Pasxa bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında katoliklərin ruhani lideri Papa Fransisk “Papamobile” adlı avtomobili ilə meydana toplaşanları salamlayıb. Roma Katolik Kilsəsinin rəhbəri ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyub, çıxış edib və Pasxa təbrikini çatdırıb.

Təxminən 45 min insanın meydandan izlədiyi mərasimdə Papa Fransisk bu Pasxa bayramının da müharibə ilə qarşılandığını, bütün dünyada, xüsusilə Ukraynada sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Pontifik müxtəlif qitələrdə terror, zorakılıq və qarşıdurma kimi hadisələrə son qoyulması barədə arzusunu ifadə edib.

Papa Fransisk sülhə daha çox ehtiyac duyulduğunu, sülhün hər kəs üçün zəruri və prioritet məsuliyyət olduğunu qeyd edib. O, Türkiyə və Suriyada şiddətli zəlzələdən zərər çəkənlər üçün dua edib, hər kəsi bu xalqlarla həmrəylik nümayiş etdirməyə çağırıb.

Bundan başqa İtaliya Prezidenti Sercio Mattarella Pasxa bayramı münasibətilə Papa Fransiskə təbrik məktubu göndərib. Sercio Mattarella məktubunda Rusiya-Ukraynaya müharibəsi, dünyanın müxtəlif bölgələrini bürüyən böhran ssenariləri fonunda Roma Katolik Kilsəsinin rəhbərinin dialoqu və qarşılıqlı anlaşmanı, xalqlar arasında sülhü təbliğ edən çağırışlarının əhəmiyyətini vurğulayıb.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

14 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

“Qütbləşmə” ilin sözü elan edildi

Aynur Camal

Meteorologiyadan 6 bölgə üçün tufan xəbərdarlığı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu