11 C
Baku
4 Dekabr 2025, 0:08
DünyaSiyasət

Katz İranın ali dini lideri Xamneyini hədələyib

İsrailin müdafiə naziri İsrael Katz Ramon Hərbi Hava Bazasına səfəri zamanı İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə xəbərdarlıq edib ki, onları təhdid etməsin, əks halda zərər görəcək.

İsrail və İran arasında qarşılıqlı təhdidlər davam edir.

Tərəflərin 12 günlük müharibədə atəşkəs barədə razılığa gəlməsindən təxminən bir ay sonra İsrail İranın ali dini lideri Ayətullah Əli Xamneyini hədələyib.

İsrailin müdafiə naziri İsrael Katz Ramon Hərbi Hava Bazasına səfəri zamanı “Diktator Xamneyiyə mesaj göndərmək istəyirəm” deyərək, Xamneyi İsraili təhdid etməyə davam edərsə, Tehranı yenidən çox daha böyük güclə vuracaqlarını bildirib.

Katz, “Bizi təhdid etməyin, buna görə də zərər görməyəcəyik” deyərək, hücumda Xamneyini hədəf alacaqları ilə hədələyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Buz dövründəki uçan sürünənlər gerçək oldu! 100 milyon illik fosillər tapıldı

Teymur Əziz

Təkrar baş verən hücumlarda 3 nəfər öldü

Aynur Camal

Yeni müdafiə naziri təyin edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu