16 C
Baku
16 Oktyabr 2025, 20:40
Baş xəbərHadisə

Kayseridə yanğın baş verdi

yanğın

Bugun.tv xəbər verir ki, Kayserinin Talas rayonunda binanın təmiri zamanı yanğın baş verib. 1 fəhlə ölüb, tüstüdən zərər çəkən 3 nəfər isə xəstəxanaya çatdırılıb. Mövlana Məhəlləsi Hoca Ahmet Yesevi Prospekti Gözde Sokakda yerləşən 13 mərtəbəli binanın xarici izolyasiyasının təmiri zamanı naməlum səbəbdən dam hissəsində yanğın baş verib. Alovun böyüməsi üzərinə hadisə yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Yanğın zamanı damda ilişib qalan və izolyasiya işində çalışan D.S.Ü. dünyasını dəyişib, onu xilas etməyə çalışan 3 nəfər isə tüstüdən təsirlənib. Sağlamlıq qrupları tüstüdən təsirlənənləri Erciyes Universiteti Tibb Fakültəsi Xəstəxanasına qaldırıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müxbir: İntizar Əmirova

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Ermənistandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları geri qaytarıldı

İntizar Əmirova

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Kəmalə Sultan

Lens Əməliyyatı: 132 həbs

BuGün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu