Bugun.tv xəbər verir ki, Pakistanda sabiq baş nazir İmran Xan məhkəmənin qərarı ilə saxlanıldığı Attok həbsxanasından paytaxt İslamabad yaxınlığındakı Adiala həbsxanasına köçürülüb.
Mətbuatda yayılan xəbərlərə görə, İslamabad Ali Məhkəməsi Xanın vəkillərinin tələbi ilə keçmiş baş nazirin İslamabadla bitişik Ravalpindidəki həbsxanaya köçürülməsinə qərar verib.
Xan Attock Həbsxanasından Ravalpindidəki Adiala Həbsxanasına gülləkeçirməz maşında, güclü təhlükəsizliklə aparılıb.