Güllə Trampın qulağını necə deşib?
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) təqaüdçü agenti Maykl Harriqan ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsdin təfərrüatlarını dəyərləndirib. “Güllənin qulaqdan keçməsi üçün bucaq bir az aşağı görünür, lakin silahlının bir neçə atəş açması qeyri-mümkün deyil” Harriqan deyib.
Digər mühüm amilin silahdan çıxan güllənin sürəti olduğunu ifadə edən Harriqan, “Əgər təcavüzkar AR-15 tipli yarı avtomatik silah istifadə etmişsə, bu silahların güllələri adətən 223 kalibr və ya 5,56 millimetrdir.
Bu silahdan güllə saniyədə 3200 fut sürətlə hərəkət edir.” deyib.
Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.
Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.
Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
ABŞ Məxfi Xidməti mitinq sahəsinin xaricindəki yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib.
Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.
Mənbə: Anadolu Agentliyi