23 C
Baku
10 İyun 2025, 0:27
Baş xəbərHadisəKriminal

Keçmiş məhkumdan narkotik vasitə götürüldü

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv- verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Kəbəloba kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Aftandil Ramazanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Aprelin 16-da gözlənilən hava şəraiti

Aynur Camal

Meksika körfəzinin adı “Amerika Körfəzi” olaraq dəyişir

Aynur Camal

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova koronavirus haqqında

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu