16 C
Baku
24 Oktyabr 2025, 0:43
Baş xəbər

Keçmiş məhkumdan 1,5 kiloqrama yaxın narkotik vasitə götürüldü

Bugun.tv xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan kağız bükümdə marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A.Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb.
Saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

18 sentyabr – Milli Musiqi Günüdür

Aynur Camal

Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq sirk proqramı gəlir

Aynur Camal

Güclü yağış və cənub-qərb küləyi vurdu: Çay daşdı, evləri və yolları su basdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu