17 C
Baku
27 Oktyabr 2025, 3:47
Baş xəbərDünya

Keçmiş prezidentə 8 illik siyasət qadağası qoyuldu!

Bugun.tv xəbər verir ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro vəzifə səlahiyyətlərini pozduğuna və mediadan sui-istifadə etdiyinə görə, 8 il müddətinə siyasətdən uzaqlaşdırılıb.

Braziliyada Ali Seçki Məhkəməsinin (TSE) hakimi Karmen Lucia Antunes keçmiş prezident Bolsonaronun təqsirli olduğunu bildirib və səs çoxluğu ilə 2030-cu ilə qədər bütün siyasi hüquqlarının əlindən alındığını açıqlayıb.

Növbəti prezident seçkilərində yenidən namizəd olmaq istədiyini açıqlayan ifrat sağçı Bolsonaronun TSE-yə müraciət etməyə hazırlaşdığı bildirilib.

Qeyd edək ki, Bolsonaronun vəkili Tarcisio Vieira iyunun 23-də verdiyi açıqlamada ittihamların əsassız olduğunu və müvəkkilinin ölkədəki seçki sistemi ilə bağlı fikirlərini ifadə etməkdən başqa heç nə etmədiyini bildirib.

Bolsonaro isə səfirlərlə görüşündə seçki sistemini aldatmadığını və üzvləri təhqir etmədiyini iddia edib. Yalnız seçki sisteminin necə işlədiyini səfirlərlə bölüşdüyünü deyib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Avtomobil yük maşınının altına düşdü: 3 nəfər öldü

Bugün TV

Zəncirvari yol qəzası: 2 yaralı

Bugün TV

Tarixi əsər əməliyyatı: 144 sikkə, 1 üzük ələ keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu