4 C
Baku
14 Dekabr 2025, 18:14
Baş xəbərDünya

Keçən il İtaliyada 16 mindən çox yeraltı təkan qeydə alındı

2023-cü il ərzində İtaliya ərazisində 16 mindən çox yeraltı təkan qeydə alınıb.

Bugun.tv xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Bildirilir ki, ötən il İtaliyada 16 min 307 zəlzələ baş verib. Bu da hər 30 dəqiqədə bir yeraltı təkanın qeydə alındığı deməkdir. Bu yeraltı təkanların 2018-nin maqnitudası 2 və ya daha çox, 233-nün 3-3.9, 26-sının isə 4-4.9 bal gücündə olub. Zəlzələlər arasında ən güclüsü mayın 1-də səhər saat 4:40 radələrində 5.2 bal olmaqla Kalabriya sahillərində qeydə alınıb. Ən çox 2 bal gücündə yeraltı təkan isə Siciliya adasında olub.

INGV-nin prezidenti Karlo Doqlioni bildirib ki, insanları seysmik riskdən qorumaq üçün seysmik təhlükə və ölkənin geoloji quruluşu haqqında daha çox məlumatın yayılması vacibdir.

Qeyd edək ki, İtaliyada 2016-cı, 2017-ci və 2018-ci illərlə müqayisədə 2019-cu ildən başlayaraq yeraltı təkanlarda azalan tendensiya müşahidə olunur. 2016-cı ildə avqustun 24-dək ölkə ərazisində 60 min yeraltı təkan qeydə alınıb ki, bu da indiyədək olan maksimum göstəricidir.

Bugün TV

Oxşar xəbərlər

Evdən 10 kiloqramdan artıq narkotik vasitə, həyətindən isə 14 ədəd çətənə kolu aşkarlandı

Kəmalə Sultan

Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi – YENİLƏNİB

Bugün TV

ABŞ Federal Aviasiya Administrasiyası “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırmaq qərarına gəldi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu