28 C
Baku
20 İyul 2025, 22:46
DünyaSiyasət

Kefei: “Rusiya, Çin, İran təlimləri regional təhlükəsizliyə töhfə verib”

Rusiya, Çin və İranın Oman körfəzində keçirdiyi “Dəniz Təhlükəsizlik Kəməri 2023” dəniz təlimi regionda təhlükəsizliyin gücləndirilməsinə töhfə verib.

Bugun.tv xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib.

“Bu təlimlər Çin, İran və Rusiyanın dəniz qüvvələrinin dənizdə müxtəlif hərbi tapşırıqları birgə yerinə yetirmək imkanlarını artırıb. Ənənəvi dostluq və əməkdaşlığı daha da gücləndirib. Dəniz təhlükəsizliyinin, eləcə də regionda sülh və sabitliyin qorunmasına töhfə verib”,- Kefei vurğulayıb.Onun sözlərinə görə, ümumilikdə 12 gəmi havadan axtarış əməliyyatları, dənizdə xilasetmə, dəniz paradının nizam-intizamı üzrə təlimdə iştirak edib. Həmçinin, bir sıra digər tapşırıqları yerinə yetirib.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Tramp və Netanyahu telefonla danışdı

Aynur Camal

Ekspertlər rus dilindən itən sözlərdən danışıblar

Aynur Camal

Bloomberg: Putin Ukraynaya silah tədarükünün dayandırılmasını barışıq üçün şərt adlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu