17 C
Baku
10 İyun 2025, 9:01
Dünya

Kembric tələbələri sionist rejimlə əlaqələri kəsmək üçün etiraz aksiyası keçiriblər

İngiltərənin Kembric Universitetinin tələbələri universitetdən sionist rejimi dəstəkləyən və silah satan şirkətlərlə investisiya əlaqələrinə son qoymağı tələb edərək etiraz aksiyası keçiriblər.

Universitet sərmayələri arasında sionist rejimin müdafiə şirkəti Elbit Systems-ə milyonlarla funt sterlinq vəsaitin köçürüldüyünü bildirən tələbələr, bu əməkdaşlıqların Qəzzada baş verən dağıntı və qırğınlara dolayı dəstək olduğunu vurğulayıblar.

Fəallar universitet rəhbərliyindən “Sionist rejimin törətdiyi soyqırımda şərik olmağı dayandırmalıyıq” deyərək dərhal investisiya əlaqələrini kəsməyi tələb ediblər.

Tələbələr həmçinin bildiriblər ki, Kembric fələstinli tələbələrə təqaüd verməli və Qəzzada işğalçılar tərəfindən dağıdılan təhsil müəssisələrinin yenidən qurulması üçün bu prosesə fəal dəstək verməlidir.

Universitetin bəzi kollecləri tələbələrin tələblərinə uyğun olaraq əməkdaşlıqlarını nəzərdən keçirmək qərarına gəlsə də, digərləri mövcud vəziyyəti qoruyub saxlamaqda davam edir. Tələbələr güclü maliyyə imkanlarına malik universitetin bu addımları atmasının həm etik, həm də akademik məsuliyyət olduğunu iddia edirlər.

Fəallar sionist rejimlə bütün akademik və maliyyə əlaqələrinin kəsilməsini və işğalı normallaşdıran bu cür əməkdaşlıqlara son qoyulmasını istəyirlər.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

“Silah tədarükünə cavab daha güclü ola bilər”

Aynur Camal

Donald Tramp prezident Ərdoğana tərif yağdırdı: O, çox ağıllı insandır, onu çox bəyənirəm

Aynur Camal

Xarici İşlər Nazirliyindən İsrailə qınaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu