Bugun.tv xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının məlumat daxil olub. Əməliyyat həyata keçirilib. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş Vahid Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
V.Əliyev silahı bir müddət əvvəl əldə edib. Lakin polisə təhvil verməyib. Özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Müxbir: Qaytən Qasımzadə