21 C
Baku
15 Mart 2025, 17:26
Baş xəbərDünya

Ketçup fobiyası həyatını kabusa çevirdi! O, başına gələnləri danışanda hər kəsi şoka saldı

İngiltərənin Bristol şəhərində yaşayan 32 yaşlı Leigh Woodman ketçup fobiyasından və yaşadıqlarından danışarkən hər kəsi şoka salmağı bacarıb. Elmi cəhətdən Mortuusequusphobia (ketçup qorxusu) səbəbiylə çətin günlər keçirdiyini deyən gənc qadın bu vəziyyətdə güləcək bir şeyin olmadığını, bunun çox ciddi məsələ olduğunu bildirib.

Leigh Woodman ketçup fobiyası səbəbiylə çətin günlər keçirdiyini izah edərkən bu qorxudan xəbəri olmayanları təəccübləndirib. Vudman deyir ki, onu ciddi qəbul etməyənlərə, qorxusu ilə bağlı zarafatyana dözmək onun üçün çox çətindir. Ketçupu qorxulu gördüyünü deyən Woodman, onunla qarşılaşdıqda ‘panik atak’ keçirdiyini, evində ketçupun qadağan edildiyini, yanında olanda ona baxmaqdan çəkindiyini izah edir. Hətta ketçupla təmasda olan boşqabları da atdığını deyir.

Sosial mediada milyona yaxın baxış sayına çatan videosunda etiraflar edən Woodman, “Şüşəyə baxa bilmirəm, yanımda saxlamıram. Mən bunun nə qədər dramatik səsləndiyinin tam fərqindəyəm və bundan həmişə utanmışam. “Amma kimsə məni silah gücünə tutanda donub qala bilərəm və kimsə üzümə ketçup səpdikdə də eyni şeyi yaşaya bilərəm” deyib.

Bu fobiyanın necə başladığını heç vaxt anlamadığını ifadə edən Woodman, “Sadəcə bundan çox qorxduğumu xatırladım və ona baxa bilmədim. Otaqda ketçup varsa, ona baxmamağa, fikir verməməyə çalışıram” deyir.

Gənc qadın ketçupun qoxusunun və teksturasının çox pis olduğunu, ümumiyyətlə pomidoru sevmədiyini və bunun ketçup qədər ona təsir etdiyini bildirib. İnsanların bu fobiyanı mütləq ciddi qəbul etmələri lazım olduğunu deyən Woodman, insanların çoxunun bu vəziyyəti zarafat kimi gördüyünü və gülməli göründüyünü ifadə etdi.

Digər tərəfdən, tibbi dildə ketçup qorxusu Mortuusequusphobia adlanır.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Zəlzələ baş verdi

Bugün TV

Kilsədə ruhları axtaran qadın ölü tapıldı

Bugün TV

Elman Nəsirov: “Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı öncədən tədbir görülsəydi, məsələ bu həddə çatmazdı”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu