14 C
Baku
21 Noyabr 2024, 13:17
Baş xəbərKriminal

Kiber dələduzluqla məşğul olan dəstə yaxalandı

 

Sosial şəbəkələrdə vətəndaşları “kreditə pul verilir” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar.

Bugun.tv xəbər ki, hadisə ilə bağlı olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Aldatma yolu ilə vətəndaşların bu sahədə məruz qaldığı əsas neqativ hallar sırasında “kreditə pul verilir”, “onlayn qazanc”, “az xərclə çox qazan” və digər başlıqlar altında şirnikləndirici vədlər artmaqdadır.

Bunu nəzərə alaraq DİN əməkdaşları tərəfindən növbəti belə talama əməllərində şübhəli bilinən şəxslər rəqəmsal texnoloji metodlarla müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilməklə şəbəkələşmiş qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Qrup üzvləri “Komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər. Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıblar və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar.

Əməliyyatçılar tərəfindən Bakı şəhərində yerləri müəyyən edilən şəbəkə üzvləri – paytaxt sakini əvvəllər məhkum olunan 30 yaşlı Kənan Əmrahlı, 20 yaşlı  Raqif Məmmədov, 29 yaşlı Zahir Xalidoğlu və 28 yaşlı Emin İsmayılov saxlanılıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə onlarla şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər. Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cinayət yeri qeyri-qanuni qızıl mədəninə çevrildi!

Aynur Camal

Prezident İlham Əliyev “Şimal” Elektrik Stansiyasının yeni estakadasının və su nasos stansiyalarının açılışında iştirak edib – VİDEO

Teymur Əziz

14 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası oldu: 7 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu