18 C
Baku
23 Oktyabr 2025, 7:16
Baş xəbərKriminal

Kiber oğru saxlanıldı

Sosial şəbəkələrdə vətəndaşları “ucuz qiymətə mobil telefon” adı altında kiber üsullarla talayan şəxs saxlanılıb.

Bugun.tv xəbər verir ki, “Tik-Tok” və “İnstagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən növəti əməliyyat keçirilib. Tədbir zamanı “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar” başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədi ilə “ucuz qiymətə mobil telefon” almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

ChatGPT dəri fotoşəkillərini təhlil edə və fərdi dəriyə qulluq tövsiyələri verə bilər

Aynur Camal

Dünyanı sarsıdan qırğın! Arvadından boşanan kişi avtomobilini camaatın arasına sürdü

Aynur Camal

MİT tərəfindən yaxalanan PKK/KCK-nın sözdə məsullarından Serhat Bal həbs edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu