24 C
Baku
11 Sentyabr 2025, 2:09
Baş xəbər

Kiberdələduzluq və bank kartlarından oğurluq halları haqqında məlumat

Kiberdələduzluq və bank kartlarında oğurluq hallarının qarşısının alınması məqsədi ilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib.

Vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdırlar.

Sakinlərlə profilaktik söhbətlər zamanı internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onlar məlumatlandırılıblar.

Qeyd edək ki, Şirvanda əhali arasında kibermaarifləndirmə istiqamətində tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Çin “Yaogan-39” uzaqdan zondlama peykini orbitə buraxdı

Teymur Əziz

Peşəkar təlimçi Günel İbrahim dövlət qurum əməkdaşlarına təlim keçdi

Elnarə Dərziyeva

Zelenski: Tərəfdaşlarımız bizi əmin edirlər ki, yardım davam edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu