22 C
Baku
9 Sentyabr 2025, 3:55
Baş xəbərDünya

Kibertəhlükəsizliklə bağlı danışıqlar aparılacaq

Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, Cənubi Koreya və ABŞ-ın kibertəhlükəsizliklə bağlı işçi səviyyəsində danışıqlar aparacağı açıqlanıb.

Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, baş direktorluq səviyyəsində nümayəndələrin qatılacağı 8 sessiyalı Kiber Əməkdaşlıq İşçi Qrupu (CCWG) cari ayın 8 və 9- da keçiriləcək.

Açıqlamaya görə, iki ölkə danışıqlar zamanı kibertəhlükəsizlik siyasəti, kiber təhdidlər və kibertəhlükəsizlik təhsilinin gücləndirilməsi kimi məsələləri müzakirə edəcək.

Xatırladaq ki, Cənubi Koreya və ABŞ arasında kibertəhlükəsizlik məsələsini müzakirə etmək üçün Kiber Əməkdaşlıq İşçi Qrupu 2014-cü ildə yaradılıb.

Mənbə: Yonhap xəbər agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada fələstinlilərə isti yemək paylanıldı

Aynur Camal

İki yaşlı dahi istedadı ilə hər kəsi təəcübləndirdi : Balaca Eynşteyn Mensa-nın ən gənc üzvüdür

Aynur Camal

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülür

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu