30 C
Baku
28 İyun 2025, 15:46
Baş xəbərSosial

Kiçik sahibkarların sərgi-satış yarmarkası keçiriləcək

Bugun.tv xəbər verir ki, sahibkarlar “İstehsal et, təbiətə zərər vermə!” devizi altında birləşir.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Abşeron Milli Parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “İstehsal et, təbiətə zərər vermə!” devizi ilə mikro və kiçik sahibkarların sərgi-satış yarmarkası keçiriləcək.

28-30 aprel tarixlərində baş tutacaq sərgi-satış yarmarkasında 20-yə yaxın sahibkarın 100 çeşiddə məhsulu təqdim olunacaq.

Eyni zamanda tədbirdə at və fayton gəzintisi, Şahdili turu, ustad dərsləri və digər əyləncəli proqramlar təşkil ediləcək.

Tədbir iştirakçıları səhər saat 11.00-dan 17.00-dək Şahdili mənzərəsi fonunda yarmarkada təqdim olunan məhsullardan bəhrələnmək, əyləncəli xidmətlərdən istifadə etmək, Abşeron Milli Parkını ödənişsiz ziyarət etmək imkanı qazanacaqlar.

Sərgi-satış yarmarkasının keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının prioritetlərindən olan ekoloji cəhətdən dayanıqlı iqtisadi inkişafa nail olunması prinsiplərinə bir daha diqqət yönəltmək, “yaşıl iqtisadiyyat”, təbiətə həssaslıq, istehsal prosesində sıfır tullantı texnologiyalarının tətbiqi və s. kimi ideyaların təbliğidir.

Tədbir həmçinin dövlət-özəl sektor münasibətlərinin qarşılıqlı tərəfdaşlıq müstəvisində möhkəmlənməsi, Azərbaycanın milli parklarında təbiətə zərər vermədən turistlərə xidmət potensialının nümayişi və xidmət sferasına sahibkarlıq subyektlərinin cəlb edilməsini də özündə ehtiva edir.

Qeyd edək ki, hər həftənin şənbə və bazar günləri Abşeron Milli Parkına “Koroğlu metrosu-Abşeron Milli Parkı” marşrut xətti üzrə avtobus (saat 10:30 çıxış, 16:30 qayıdış) fəaliyyət göstərir.

Yarmarkanı ziyarət etmək istəyənlər bu xidmətdən istifadə edə bilərlər.

Mənbə: KOBSKA

Aynur Camal

Oxşar xəbərlər

Qıymalı ət olduğunu düşündüymüz piroq! Həm ucuz, həm də praktik…

Aynur Camal

Meşə yanğını başladı

Bugün TV

Əminə Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik etdi-FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu