21 C
Baku
15 Mart 2025, 12:29
Dünya

Kiçik təyyarə qəzaya uğrayıb: eyni ailədən 10 nəfər öldü

Braziliyada kiçik bir təyyarənin qəzaya uğraması nəticəsində eyni ailədən 10 nəfər ölüb. Mülki Müdafiədən verilən açıqlamada hadisə zamanı yerdə olan 17 nəfərin yaralandığı bildirilib.

Braziliyanın cənubundakı Qramadoda kiçik təyyarə qəzaya uğrayıb. Braziliya Mülki Müdafiə Bölməsi X sosial media platformasında qəza ilə bağlı açıqlama verib.

Açıqlamada iş adamı Luiz Klaudio Qaleazziyə məxsus kiçik təyyarənin Qramado şəhərində havaya qalxdıqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir binanın bacasına çırpıldığı, daha sonra isə partlayışın baş verdiyi bildirilib.

Təyyarədə olan eyni ailədən 10 nəfərin həlak olduğu, hadisə zamanı yerdə olan 17 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Qaleazzinin şirkətindən verilən açıqlamada təyyarəni idarə edən iş adamının həyat yoldaşı, qızları və digər ailə üzvləri ilə birlikdə öldüyü bildirilib.

Qəza anının və təyyarənin qalıqlarının görüntüləri sosial şəbəkədə paylaşılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Gürcüstanda zəlzələ oldu

Teymur Əziz

Ukraynada hava həyəcanı elan edilib

Aynur Camal

Cənubi Koreyanın dövlət başçısı “Samsung” şirkətinin vitse-prezidentini əfv edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu