7 C
Baku
8 Fevral 2026, 14:08
DünyaKriminal

Kilsədə ruhları axtaran qadın ölü tapıldı

Bugun.tv xəbər verir ki, İtaliyanın şimalındakı Aosta vadisində tərk edilmiş kilsədə qanlı cəsədi tapılan 22 yaşlı fransız qadının TikTok videosu çəkmək üçün ruhlarının olduğuna inandığı kilsəyə getdiyi düşünülür. Polis öldürülən qadınla birlikdə görünən gənci də axtarır. Ərazidə itkin düşən daha iki nəfər var ki, hadisə ilə bağlı ola bilər. Polis sözçüsünə görə, qurban və onun sevgilisi ərazidə “xortdan kimi” geyinmiş halda görünüblər. Polisin dindirdiyi hadisə şahidi gənc qadının solğun və arıq olduğunu, kişinin isə qara saçlı və tünd dəri olduğunu deyib. Şahid polis müstəntiqlərinə bildirib ki, qadın “gəzən meyitə” bənzəyir. Tibbi ekspertiza Roberto Testinin sözlərinə görə, adı açıqlanmayan ölən qadın düşərgə bıçağı ilə bıçaqlanıb və qanaxma nəticəsində ölüb. Həmçinin iki güllə boyun nahiyəsindən, biri isə qarın nahiyəsindən dəyib. Polis bildirib ki, yerli sakin onun çürümüş cəsədini aşkar edərkən qadının üzərində heç bir sənəd və ya mobil telefon olmayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu