Balon döyüşləri davam edir
Şimali Koreyanın göndərdiyi zibil balonlarından birinin Cənubi Koreya Prezident Aparatının binasına çırpıldığı bildirilib. Təhlükəsizlik Bölməsinin verdiyi açıqlamada, məzmunu bilinməyən şarlarla havaya müdaxilənin çətin olduğu bildirilib.
Cənubi Koreyada yerləşən “Yonhap” xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya sərhəddəki səsgücləndiricilər vasitəsilə “anti-Pxenyan təbliğatı”nı davam etdirərkən, Şimali Koreya da cənuba zibil balonları göndərməkdə davam edir.
Cənubi Koreya Prezident Aparatının Təhlükəsizlik İdarəsindən verilən açıqlamada Şimali Koreyadan göndərilən zibil balonlarının eyni vaxtda izləndiyi və şarlardan birinin prezident aparatının kampusuna düşdüyü bildirilib.
Açıqlamada içərisində nə olduğu bilinmədiyi üçün havada olan balonlara müdaxilənin çətin olduğu, komandaların şarın heç bir təhlükə yaratmadığını müəyyən etdiyi bildirilib.
Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Şimala Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər.
Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya 2 mindən çox zibil daşıyan şar göndərib.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq iyulun 16-da verdiyi açıqlamada Cənubi Koreyanı həyata keçirdiyi “çirkli oyuna” görə tənqid edib və onu şimala “Pxenyan administrasiyasını tənqid edən vərəqələr” göndərməkdə ittiham edib.
Sərhədin şimalına “anti-Pxenyan bəyannamələri” göndərdiyi üçün Cənubi Koreyaya reaksiya verən Kim, “Cənubi Koreya çirkli oyunları üçün çox yüksək qiymət ödəməyə hazır olmalıdır” ifadəsini işlədib.
Mənbə: TGRT