Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun yaradılma günü münasibətilə ölkənin Müdafiə Nazirliyinə baş çəkərək Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Məlumata görə, Kim Çen In çıxışında xüsusilə Rusiyanın Kursk vilayətində döyüş əməliyyatlarında iştirak etmiş Şimali Koreya hərbçilərinə ayrıca müraciət edib.
O bildirib ki, uzaq ölkədə “vətənin əmri ilə döyüş mövqelərində xidmət edən” hərbçilər üçün darıxdığını qeyd edib və onların ordunun şərəfini qoruduğunu vurğulayıb.
Səfər zamanı Kim Çen In fəxri qarovulu yoxlayıb, dövlət bayrağının qaldırılması mərasimində iştirak edib və ölkənin Mərkəzi Hərbi Orkestrinin çıxışını dinləyib.
Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, Kim Çen In 2026-cı ili “böyük dəyişikliklər ili” adlandıraraq, ordunun fəaliyyət sahəsinin genişlənəcəyini bildirib. O, yaxın vaxtlarda keçiriləcək partiya qurultayında müdafiə potensialının gücləndirilməsi ilə bağlı yeni beşillik plan təqdim edəcəyini də qeyd edib.

Mənbə: mail.ru
