9 C
Baku
9 Fevral 2026, 14:59
Dünya

Kim Çen In Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərini təbrik etdi

Kim Çen In, Şimali Koreya ordusu, Koreya Xalq Ordusu, Kursk vilayəti döyüşləri, Şimali Koreya hərbçiləri, Rusiya Kursk, KXDR Müdafiə Nazirliyi, Kim Çen In çıxışı, Yonhap xəbəri, KXDR bayraq mərasimi, Şimali Koreya 2026 planı, müdafiə gücləndirilməsi

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun yaradılma günü münasibətilə ölkənin Müdafiə Nazirliyinə baş çəkərək Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Məlumata görə, Kim Çen In çıxışında xüsusilə Rusiyanın Kursk vilayətində döyüş əməliyyatlarında iştirak etmiş Şimali Koreya hərbçilərinə ayrıca müraciət edib.

O bildirib ki, uzaq ölkədə “vətənin əmri ilə döyüş mövqelərində xidmət edən” hərbçilər üçün darıxdığını qeyd edib və onların ordunun şərəfini qoruduğunu vurğulayıb.

Səfər zamanı Kim Çen In fəxri qarovulu yoxlayıb, dövlət bayrağının qaldırılması mərasimində iştirak edib və ölkənin Mərkəzi Hərbi Orkestrinin çıxışını dinləyib.

Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, Kim Çen In 2026-cı ili “böyük dəyişikliklər ili” adlandıraraq, ordunun fəaliyyət sahəsinin genişlənəcəyini bildirib. O, yaxın vaxtlarda keçiriləcək partiya qurultayında müdafiə potensialının gücləndirilməsi ilə bağlı yeni beşillik plan təqdim edəcəyini də qeyd edib.

Kim Çen In, Şimali Koreya ordusu, Koreya Xalq Ordusu, Kursk vilayəti döyüşləri, Şimali Koreya hərbçiləri, Rusiya Kursk, KXDR Müdafiə Nazirliyi, Kim Çen In çıxışı, Yonhap xəbəri, KXDR bayraq mərasimi, Şimali Koreya 2026 planı, müdafiə gücləndirilməsi
Kim Çen In Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərini təbrik etdi

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Hər gün sup içmək vacibdirmi? Qastroenteroloq açıqladı

Aynur Camal

İran: ABŞ-ın vurduğu nüvə obyektlərində partlamamış bombalar var

Aynur Camal

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu