23 C
Baku
10 İyun 2025, 1:00
Baş xəbərDünya

Kim Çen In müharibəyə hazırlaşır!

Şimali Koreya lideri Kim Çen In çoxsaylı reaktiv yaylım atəş sisteminin sınaqdan keçirildiyi təlimə qatılıb. Burada müşahidələr aparan Kim Çen In ordunun yeni artilleriya silahları ilə təchiz edilməsi barədə göstəriş verib.

Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya ardıcıl silah sınaqları ilə bölgədəki gərginliyi artırmağa davam edir. Daimi ordunun gücləndirilməsi istiqamətində işlərin aparıldığı Şimali Koreyada 240 millimetrlik çoxlu raket atış sisteminin (MRLS) ən təkmil versiyası uğurla sınaqdan keçirilib.

Kim Çen Inın şəxsən idarə etdiyi təlimdə manevr və atma qabiliyyəti baxımından öz növünün ən qabaqcıl olan MRLS-nin bütün sahələrdə üstünlüyünü sübut etdiyi vurğulanıb.

Bildirilib ki, təlimdən sonra Kim Çen In yeni artilleriya silahlarının istehsalına və ordu hissələrinin bu silahlarla təchiz edilməsinə göstəriş verib.

 Digər tərəfdən, nüvə silahları və ballistik raket proqramı ilə yanaşı, adi silah istehsalı fəaliyyətlərini də sürətləndirən Şimali Koreya, bir müddət əvvəl Müdafiə Elmləri Akademiyasının Dron İnstitutunun istehsal etdiyi pilotsuz uçuş aparatlarını (PUA) sınaqdan keçirmişdi.

Şimali Koreya lideri Kim Çen Inın daha çox müxtəlif tipli intiharçı pilotsuz təyyarələrin istehsalına göstəriş verdiyi açıqlanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İranın İsrailə hücumundan sonra Türkiyədən ilk addımlar

Bugün TV

Macarıstan Aİ-nin Ukraynaya 50 milyard avroluq yardımına veto qoydu

Kəmalə Sultan

Prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə xalqı təbrik edib

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu