11 C
Baku
15 Aprel 2025, 22:49
Baş xəbərSosial

Kimlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər? – HÜQUQŞÜNAS FİKRİ

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, yaxud şəhər çağırış komissiyasının rəyi əsasında verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 18-ci maddəsinə əsasən, çağırışa yalnız bir sıra hallarda möhlət hüququq almaq mümkündürr.

Hüquqşünas Əhəd Əliyev Bugun.tv-yə müsahibəsində bildirib ki, möhlət ailə və sağlamlıq vəziyyətinə görə və təhsilini davam etdirmək məqsədi ilə verilə bilər. “Ailə vəziyyətinə görə, çağırışa bu himayəsində birinci və ikinci dərəcə əlilliyi olan valideyn, birinci dərəcə əlilliyi olan bacı-qardaş, arvad və yaxud da 3 və daha artıq uşağı olan şəxslərə təyin oluna bilər. O halda ki, onları saxlamaq imkanına malik başqa ailə üzvü yoxdur. Sağlamlıq vəziyyətinə görə möhlət hüququ hər dəfə, 1 ildən artıq olmamaqla, yalnız 3 ilədək müddətdə verilir”.

Üç ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət alan çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya da hərbi xidmətə yararsız hesab edilərək  qeydiyyatdan çıxarılır. Bundan başqa həmin şəxs dinc dövr üçün hərbi xidmətə yararsız, müharibəyə isə məhdud yararlı hesab edilərək ehtiyata keçirilə bilər.

Mülkiyyət və təşkilati hüquq formasından asılı olmayaraq akkreditasiya edilən dövlət qeydiyyatı almış təhsil müəssisəsinin tələbələri bu hallarda möhlət hüququna malikdilər. Ümumi orta və peşə məktəblərində oxuyan təhsil müəssilərinin tələbələri 20 yaşadək, orta ixtisas təhsil müəssisələrində təhsil alanlar 22, əyani təhsil fomrasında (istər vətəndə, istərsə də xarici ölkədə) bakalavr, magistr, doktorantura, rezidantura təhsili alan şəxslərin isə təhsilini bitirənədək bu hüquqları vardır. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətdən möhlət yalnız 35 yaşadək müddətə verilir”,- Ə.Əliyev vurğulayıb.

Qanunun 23-cü maddəsinə əsasən, dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilən şəxslər bunlardır:

-Fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olanlar,

-Alternativ hərbi ximdət keçmiş şəxslər,

-Başqa dövlətin vətəndaşlığından Azərbaycan Respublikası vətəndaşlığını qəbul edən  şəxslər də (əgər əvvəl vətəndaşı olduğu olduğu dövlətdə hərb xidmət keçiblərsə)  tamamilə azaddırlar.

Bunlarla yanaşı, 35 yaşınadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməyən çağırışçılar xidmətdən azad olunurlar.

 

Bugün TV

Oxşar xəbərlər

BVF Somaliyə 100 milyon dollar məbləğində kredit ayırdı

Teymur Əziz

Xudatda əməliyyatlar zamanı 5 nəfər saxlanıldı

Teymur Əziz

Mikroavtobusla avtomobil toqquşdu: 5 yaralı var

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu