23 C
Baku
10 İyun 2025, 1:38
Baş xəbərSosial

Kimlərə maaşlarından əlavə 600 manat ödəniləcək? -MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

“Əmək Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə- Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutulur. Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı kateqoriyasına daxil ediləcək”.
Bugun.tv xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov facebook hesabında paylaşıb. O bildirib ki, sözügedən vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ala biləcəklər. “Onlar, həmçinin, hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80.0, sonrakı 3 ildə 60.0 və uyğun olaraq daha sonra 40.0 faiz olacaq”.
V.Bayramovun sözlərinə görə, fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək. “Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlarımız maaşlarına əlavənin hesablanması, birdəfəlik 600 manat müavinətin almaq hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək”,- millət vəkili əlavə edib.
Müxbir: Qaytən Qasımzadə
Bugün TV

Oxşar xəbərlər

Gözdən əlil sahibkar hazırladığı texnologiya ilə Toqqun gözü oldu

İntizar Əmirova

Fabrikdə baş verən partlayışda yaralanan işçilərdən biri dünyasını dəyişdi

İntizar Əmirova

Böyük böhran! Hava limanında xidmətlər dayandırılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu