14 C
Baku
22 Noyabr 2024, 0:14
Baş xəbərDünya

Kinder məhsulları, bostan, ət, bu dəfə yumurta müsadirə edildi!

“Kinder” firmasının məhsullarında meydana çıxan, bostan və ətə yayılan “Salmonella” bakteriyasının bu dəfə yumurtada meydana çıxma ehtimalı narahatlıq yaradıb.

Fransada marketlərdə satılan yumurtalar bir-bir müsadirə edilib. İstehlakçılara “yeməyin” xəbərdarlığı edilib. Fransada salmonella bakteriya böhranı başladı. İtalyan markası Ferrero-nun Kinder şokoladlarında son illərdə ortaya çıxan bakteriyalar indi yumurtalarda böyük risk olaraq ortaya çıxıb. Məşhur supermarketlərdən satılan bəzi yumurta qutuları sağlamlıq risklərinə görə geri çağırılıb. Ötən cümə günü edilən açıqlamada bu yumurtaların salmonella bakteriyası ilə çirklənə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Rappel Corso internet saytında edilən məlumatlar çərçivəsində geri çağırılan yumurtalar arasında Tout frais tout français, Douce France, Ovalis və Poitou oeufs markaları var. Təsirə məruz qalan məhsulların yararlılıq müddəti 24 oktyabr – 31 oktyabr 2024-cü il tarixləri arasındadır və bu yumurtalar 29 sentyabr – 10 oktyabr tarixləri arasında rəflərdə olub. Digər tərəfdən, istehlakçılara aldıqları məhsulların kodlarını yoxlamaq və istehlak etməmək barədə xəbərdarlıq edilib.

Salmonella, ishal, qızdırma və qarın ağrısı kimi simptomlarla müşayiət olunan salmonella virusunun yaratdığı infeksiyadır. Salmonella bakteriyası heyvan və insan bağırsaqlarında yaşayır.

Nəcislə yayılır. Salmonella adətən bir neçə gün ərzində öz-özünə təmizlənir. Bədəndə çox maye itkisinə səbəb ola bilər, buna görə də çoxlu maye istehlak edilməlidir. Xüsusilə tualetdən istifadə etdikdən və heyvanlarla təmasdan sonra əllər sabun və su ilə yuyulmalıdır.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Çirkab su nasos stansiyasına enən 3 nəfər öldü

Bugün TV

Bu ölkədə uşaq və ya hamilə qadınların olduğu avtomobillərdə siqaret çəkmək qadağandır

Bugün TV

Gözəl ənənələri ləyaqətlə davam etdirən “Mədəniyyət/Culture” jurnalı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu